Valdeyin və şagirdlərdlə məktəbin kitabxanasında kitab müzakirə olundu

Mayın 5-i 2023-cü il tarixdə F-170 nömrəli əmrin ("Ailəm və məktəbim" layihəsi) 6-cı bəndinə əsasən valideyn və şagirdlərlə məktəbin kitabxanasında kitab müzakirəsi edildi.

 

İlk öncə UBTR, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifəsini icra edən Sərxan Şahverdiyev layihənin məqsədi, müzakirənin keçirilməsi haqqında danışdı.

 

Ardınca məktəbin direktoru Nizami Qasımzadə, Təlim-tərbiyə işləri üzrə direktor müavini Samirə Sadıqova, Könül Həsənova, kitabxana müdiri Sevda Rzayeva, ibtidai siniflər üzrə metodbirləşmə sədri Ülviyyə Seyidova, ibtidai sinif müəllimi Tünzalə Babayeva, kitabxanaçı Mətanət Şıxəliyeva, valideynlər, şagirdlər iştirak etdilər. 

 

Müzakirə ərzində kitabların şagirdlər üçün vacib olması, bədii əsərlərin oxunulması, valideyn-məktəb münasibətlərinin düzgün qurulması haqqında danışıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi