"Kitab söz xəzinəmizdir"adlı tədbir keçirildi

29.04.2023-cü il tarixdə 23 Aprel Beynəlxalq Kitab və Müəlliflik Hüququ Günü ilə əlaqədar olaraq Azərbaycan dili və ədəbiyyat müəllimi Quliyeva Gülnar 10c, 5ə ,6x, 6ə sinfinin bir qrup şagirdləri ilə ''Kitab söz xəzinəmizdir'' adlı tədbir keçirmişdir.

 

Tədbirdə şagirdlərimiz kitabın sehrindən, mənəvi yükündən söz açmış, həyatımıza aşıladığı tərəfləri çatdırmağa çalışmışlar.

 

Kitabların bizə bəxş etdiyi bir sıra ədiblərin əsərlərinə müraciət etmiş, səhnəciklər göstərmiş, milli musiqi və rəqslərimizi təqdim etmişlər.Bütün bunları kitabların sayəsində əldə etdiyimizi vurğulamışlar.

 

Tədbir zamanı məktəbimizin direktoru Nizami müəllim şagirdlərə kitab və mütaliənin faydaları haqqında söhbət açmışdır.Ölkəmizdə bu il ''Heydər Əliyev ili'' elan olunduğunu vurğulamış, dövlətimizin bu gün balaları üçün istər dərsliklərin, istərsə də, bədii ədəbiyyatın necə əlçatımlı edildiyindən bəhs etmişdir. 2007ci ildən İlham Əliyev cənablarının qərarına əsasən bir çox kirilcə olan bədii ədəbiyyat nümunələri latınca nəşr olunmuşdur. Yüzlərlə kitab oxuculara təqdim olunmuşdur. Məktəb kitabxanalarının həm milli, həm də dünya ədəbiyyatı inciləri ilə təmin olunmasına qərar vermişdir. 

 

Sonra fənn müəllimləri Gülnar Quliyeva, Hafizət Qurbanova, İndira Salmanova, məktəbimizdə qonaq qismində çıxış edən psixoloq Aygün Ələkbərova kitab haqqında öz tövsiyyələrini vermiş, kitabın əhəmiyyəti,dəyəri haqqında fikirlərini şagirdlərimizlə bölüşmüşlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi