Aprel döyüşləri -Şanlı Qələbəmizin başlanğıcıdır"adlı sinifdaxili tədbir keçirildi

Aprelin 4-ü 2023-cü il tarixdə məktəb fəaliyyət planına əsasən UBTR, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) Sərxan Şahverdiyevin rəhbərliyi, tarix müəllimi Zümrüd Quliyevanın təşkilatçılığı ilə 8"A" sinfində "Aprel döyüşləri - Şanlı Qələbəmizin başlanğıcıdır adlı sinifdaxili tədbir təşkil olundu. 

 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Ardınca Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

 

Tədbir ərzində şagirdlərin hazırladıqları kompozisiyalar, şeirlər, videoçarxlar nümayiş olundu. 

 

Tədbirdə məktəbin direktoru Nizami Qasımzadə, UBTR, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) Sərxan Şahverdiyev, Təlim-tərbiyə işləri üzrə direktor müavini Aytəkin Əliyeva çıxış edərək milli kimliyinin dərki, tarixi keçmişimizi unutmayaq fikirlərini söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi