Pedaqoji şura iclası keçirildi

Fevralın 4-ü 2023-cü il tarixdə növbəti Pedaqoji şura təşkil olundu. 

 

Pedaqoji şuranı məktəbin direktoru Nizami Qasımzadə gündəlik məsələləri qeyd edərək açıq elan etdi.

 

Gündəlik məsələlər :

1. 2022/2023- cü tədris ilində ilin yekunları haqqında məlumat;

2. Böyük Summativ Qiymətləndirmələrin təşkili və nəticələri haqqında məlumat ;

3. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən VI, VII və IX siniflərdə keçirilən monitorinqinlərin təhlili ;

4. Keçirilən tədbirlərin, görülən işlərin haqqında məlumat ;

5. II yarımildə görüləcək işlər haqqında məlumat ;

6. Cari məsələlər ;

7. I yarımildə sinif rəhbəri vəzifəsini düzgün icra etdiklərinə görə, ictimai işlərdə fərqlənən bir sıra müəllimlərin Fəxri Fərmanla təltif olunması.

 

Gündəliyə əsasən Uşaq birliyi təşkilatının və "Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev, Təlim-tərbiyə işləri üzrə direktor müavinləri Samirə Sadıqova, Şeyda Abbasova, Aytəkin Əliyeva öz məruzələrilə çıxış etdilər.

 

Sonda 65 yaşı tamam olmuş, təhsil fədaisi, riyaziyyat müəllimi Səfayət Cəfərov, I yarımildə sinif rəhbəri vəzifəsini düzgün icra etdiklərinə görə, ictimai işlərdə fərqlənən bir sıra müəllimlər Fəxri Fərmanla təltif olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi