Məktəbin Uşaq Birliyi rəhbəri fəxri fərmanla təltif oldundu
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Sabunçu Rayon İcra Hakimiyyəti və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə " 2 Fevral - Azərbaycan Gəncləri Günü" münasibətilə "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda keçirilən tədbirdə məktəbimizin Uşaq birliyi təşkilatı və "Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev rayonun ictimai-siyasi həyatında göstərdiyi fəaliyyətə görə Fəxri Fərmanla təltif olundu.