Gənclər gününə həsr olunmuş konfrans keçirildi

Fevralın 1-i 2023-cü il tarixdə 2 Fevral Gənclər Gününə həsr olunmuş Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Sabunçu Rayon Komitəsinin təşkilatçılığı, 307 nömrəli tam orta məktəbin ev sahibliyilə "Heydər Əliyev - 100" Heydər Əliyev və Azərbaycan gəncliyi mövzusunda konfrans keçirildi.

 

Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Ardınca Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

 

Konfransı giriş sözü ilə Sabunçu Rayon Komitəsinin sədri Alı Məmmədov başladı. Konfransın gündəliyinə əsasən çıxışçılar öz məruzələrilə müxtəlif mövzularda çıxış etdilər.

 

Konfransın proqramına əsasən Sabunçu Rayon Komitəsinin ən fəal həmkar üzvləri təltif olundular. Təltif olunanlar içərisində məktəbimizin Uşaq birliyi təşkilatı və "Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev də yer almışdır.

 

Sonda konfrans musiqi nömrələrilə yekunlaşmışdır.

 

Əziz gənclər, gənc ruhlu şəxslər !

Gününüz mübarək !

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi