"Dünya Azərbaycanlıların Həmrəylik Günü"nə həsr olunmuş "Həmrəy olaq" adlı konsert təşkil olundu.

Dekabrın 30-u 2022-ci il tarixdə "Dünya Azərbaycanlıların Həmrəylik Günü"nə həsr olunmuş "Həmrəy olaq" adlı konsert təşkil olundu.

 

Konsertdə məktəb rəhbərliyi, müəllim kollektivi, şagirdlər iştirak etdilər.

 

Konsert ərzində şagirdlərin ifasında "Yaşa mənim xalqım", "Qarabağ", "Heç küsməyin yeridirmi", "Şən Azərbaycan", "Sarı gəlin" mahnıları səsləndirilmiş, müxtəlif rəqslər nümayiş etdirilmişdir.

 

Tədbirin daha yadda qalan məqamı şagirdlərin hazırladıqları kiçik yamsılamaların təqdim olunması oldu.

 

Sonda həmrəyliyin rəmzi olan milli mahnımız "Yallı" rəqsi müəllim və şagird kollektivinin iştirak ilə oynanılaraq konsert proqramı başa çatmışdır.

 

Biz 307 nömrəli tam orta məktəbin kollektivi adından Dünya Azərbaycanlıların Həmrəylik Günü münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi