Fizika fənni üzrə "Açıq dərs" keçirildi


Dekabrın 29-u 2022-ci il tarixdə "Fizika-İnformatika-Riyaziyyat" aylığına əsasən fizika müəllimi Günay Şamilova 

7 "E" sinfində "Enerji - potensial və kinetik" mövzusunda açıq dərs təşkil etdi.

 

Açıq dərsdə məktəb rəhbərliyi, fənn müəllimləri iştirak etdilər.

 

Ş.Günay kurikulumun tələblərinə əsasən şagirdlərə ilkin motivasiya verdikdən sonra gözlənilən təlim nəticələri haqqında məlumat verdi. Müşahidə, araşdırma, müzakirə, təqdimat üsullarından, fərdi və kollektiv iş formalarından istifadə edərək dərsin əsas hissəsini təşkil etdi. 

 

Dərs ərzində coğrafiya və riyaziyyat fənlərinə inteqrasiya olunaraq iş vərəqləri, müxtəlif rəngli qələmlər, mimio lövhə və kompüter resurslarından istifadə edərək dərsi daha da rəngarəng etdi.

 

Sonda şagirdlər refleksiya olunaraq dərsi necə mənimsəmələri haqqında məlumat əldə edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi