Seminar təşkil olundu

Noyabrın 25-i 2022-ci il tarixdə F-360 nömrəli əmrin 1.1-ci maddəsinə əsasən Qiymətləndirmələrin təşkili və peşəyönümünə dəstək mərkəzinin peşəyönümü şöbəsinin təşkilatçılığı ilə "Şagirdlərin düzgün ixtisas və peşə seçimi, uğurlu karyera" mövzusunda maarifləndirici seminar keçirilmişdir. 

 

Seminarda Təlim-tərbiyə işləri üzrə direktor müavini Könül Həsənova, Peşəyönümü şöbəsinin rəhbəri Vəfa Hacıyeva, X-XI sinif şagirdləri, müəllimlər iştirak etdilər.

 

Mərkəzin və Uşaq birliyi təşkilatının rəhbəri Sərxan Şahverdiyev çıxış edərək şagirdlərin düzgün peşə seçimi etməsi, uğurlu karyera qurması, qoyulan məqsədlərə nail olunması üçün görülən işlər haqqında məlumat verdi. 

İnteraktiv formada keçən seminarda şagirdlərin sualları cavablandırıldı. 

#peşəkarlıqyolunda

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi