Məktəbimiz yeniliyə imza atdı

Məktəbimiz yeniliyə imza atdı.

 

Qiymətləndirmələrin təşkili və peşəyönümünə dəstək mərkəzinin yaradılması. 

 

Qiymətləndirmələrin təşkili və peşəyönümünə dəstək mərkəzinin rəhbəri məktəb direktoru tərəfindən tədris ili üzrə təyin edilir.

 

Mərkəzin məqsədi :

 

Məktəbdaxili qiymətləndirmələrin təşkili zamanı meyarların düzgün seçilməsi, səviyyəyə uyğun sualların yazılması, müəllim və şagird kontingentinə tövsiyələrin verilməsi, şagirdlərə peşəyönümlü dəstəyin göstərilməsi əsas məqsəddir.

 

İş ictimai əsaslarla həyata keçirilir.

 

Mərkəzin funksiyaları :

1) Diaqnostik, Formativ, Summativ qiymətləndirmələrin həyata keçirilməsinə nəzarət;

2) Qiymətləndirmələrin təşkili ilə bağlı pedaqoji kollektivə tövsiyələrin verilməsi və dəstəyin göstərilməsi;

3) IX və XI sinif üzrə şagirdlərin buraxılış imtahanlarına hazırlığın yüksəldilməsi,

4) Monitorinqlərin təşkili;

5) IX, X, XI sinif şagirdlərinin peşə liseylərinə, orta ixtisas təhsil müəssisələrinə, ali təhsil müəssisələrinə ixtisas seçimlərində dəstəyin göstərilməsi, birgə ixtisas seçiminin edilməsi;

6) Məktəbin keyfiyyət və müvəffəqiyyət faizinin yüksəldilməsində dəstəyin göstərilməsidir.

 

Mərkəzin özünün loqosu, bayrağı və möhürü olur.

 

1. Məktəb direktorunun müvafiq əmri, rəhbərliyin razılığına əsasən Uşaq birliyi təşkilatının və "Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev mərkəzin rəhbəri təyin edilsin.

2. Mərkəzin rəhbəri əmrdən irəli gələrək xüsusi komissiyaları yaratsın.

3. Cari məsələləri həll etsin.

 

Məktəbin direktoru : N.Q.Qasımzadə

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi