Uşaq hüquqlarının müdafiəçiləri"adlı tədbir keçirildi

Noyabrın 15-i 2022-ci il tarixdə "Uşaq hüquqları aylığı" çərçivəsində "Uşaq hüquqlarının müdafiəçiləri" adlı tədbir keçirilmişdir.

 

Tədbirə başlamışdan öncə gələn qonaqlar rayon məktəblərinin işlərindən ibarət olan sərgiyə baxdılar.

 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

 

Ardınca 307 nömrəli tam orta məktəb şagirdlərinin hazırladığı "Uşaqlar bizim gələcəyimizdir" adlı videoçarxa baxış oldu.

 

Uşaqların birlik, dostluq rəmzinin olması 108 nömrəli tam orta məktəbin "Uşaq, dostluq" himnində səsləndirildi.

 

Tədbirin ssenarisinə əsasən 192 nömrəli tam orta məktəbin, 195 saylı bağçanın, 72 nömrəli məktəb-liseyin, 28 nömrəli tam orta məktəbin, 113 nömrəli tam orta məktəbin hazırladıqları qısa səhnəciklər, çıxışlar təqdim olundu.

 

Ardınca yeniliyə imza ataraq məktəbimizin 10"Ç" sinif şagirdi Tunar Məmmədhüseynovun bədii üslubda yazdığı "Qəmər" əsəri səhnələşdirilərək təqdim olunmuşdur.

 

Tədbirin bədii hissəsi 108 nömrəli tam orta məktəb şagirdlərinin "Həyat sənə bayram olsa" adlı mahnısı ilə başa çatdı.

 

Tədbirin rəsmi hissəsində Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna xanım Fərəcova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumtəhsil sektorunun aparıcı məsləhətçisi Əfqan İsgəndərov, Obudsman aparatının uşaq hüquqları sektorunun müdiri Azər İsalı çıxış edərək uşaq hüquqlarının qorunması, onların vacibliyi və tədbirin təqdirəlayiq olduğunu vurğuladılar.

 

Sonda məktəbin direktoru Nizami Qasımzadə çıxış edərək gələn qonaqlara, təşkilatçılıqda köməklik edən məktəb rəhbərliklərinə, müəllim və şagird kollektivinə öz dərin minnətdarlığını bildirirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi