Zəfər Gününə həsr olunmuş "Xəmsə" intellektual müsabiqəsi keçirildi

Noyabrın 12-si 2022-ci il tarixdə kimya müəllimlərinin təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş "Xəmsə" intellektual müsabiqəsi baş tutdu.

 

Müsabiqə Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

 

Uşaq birliyi təşkilatı və "Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev müsabiqənin mahiyyəti haqqında danışdı.

 

Aparıcı müəllim Elvin Ələskərov müsabiqənin turları, cavabvermə haqqında danışdıqdan sonra müsabiqəni açıq elan etdi.

 

Müsabiqədə IX, X sinif şagirdləri Ağdam, Füzuli, Laçın, Şuşa, Zəngilan adları ilə komanda şəklində yarışdılar. 

 

Müsabiqənin keçirilməsində əsas məqsəd vətəndaşlılıq borcunun yerinə yetirilməsi, istedadlı şagirdlərin üzə çıxarılması, şagirdlərin oyunvari təhsilə cəlb olunmasıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi