Fövqəladə hallar zamanı davranış qaydaları

Noyabrın 5-i 2022-ci il tarixdə Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarət Xidmətinin birgə əməkdaşlığı ilə "Maarifləndirici tədbirlər" adlı görüş baş tutdu.

 

Görüşdə FHN Bakı Regional Mərkəzinin əməkdaşı, mayor Renat Fazlulov, Sabunçu rayon FHN və MM şöbəsinin rəisi, polkovnik -leytenant Rauf Şıxəliyev, Dövlət Yanğın Nəzarət Xidmətinin əməkdaşı, baş leytenant Fərid Qonaqov, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşı, böyük inspektor Əlibala Əlizadə, Sabunçu Rayon MM şöbəsinin müavini, kapitan Müşfiq Əbdulov, Sabunçu Rayon MM şöbəsinin müavini, baş leytenant Sərxan Həsənov, məktəb rəhbərliyi, müəllimlər, şagirdlər iştirak etdilər.

 

Görüş Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Şəhidlərimizin əziz və əbədi xatirəsi yad edildi.

 

Uşaq birliyi təşkilatının rəhbəri Sərxan Şahverdiyev çıxış edərək qonaqları salamladı, görüşün mahiyyəti haqqında məlumat verdi.

 

FHN Bakı Regional Mərkəzinin əməkdaşları, MM şöbəsinin əməkdaşları, Dövlət Yanğın Nəzarət Xidmətinin əməkdaşları, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Xidmətinin əməkdaşları görüşün məzmunu ilə əlaqədar olaraq ətraflı çıxış etdilər. Şagirdlərin sualları dinlənildi

 

Sonda məktəbin direktoru Nizami Qasımzadə çıxış edərək görüşdə iştirak edən qonaqlara və görüş iştirakçılarına minnətdarlığını bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi