"Zəfər-xalqımızın qürur mənbəyidir" adlı tədbir təşkil olundu

Noyabrın 4-ü 2022-ci il tarixdə F-191 nömrəli əmrin I bəndinə əsasən "Zəfər - xalqımızın qürur mənbəyidir" adlı tədbir təşkil olundu. 

 

Tədbirdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatda olan baş çavuşu, Birinci Qarabağ müharibəsi veteranı, Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov, İbad Hüseynovun döyüş yoldaşları, Bakı Gənclər Mərkəzinin əməkdaşı Gülgün Cabbarlı, məktəb rəhbərliyi, müəllimlər, valideynlər, şagirdlər iştirak etdilər. 

 

Azərbaycan Respublikası Dövlət Himni ilə 

İbad Mövsüm oğlu Hüseynov (18 oktyabr 1970, Muğanlı) — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatda olan baş çavuşu, Birinci Qarabağ müharibəsi veteranı, Azərbaycanın Milli Qəhrəmanı.

 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Ardınca əziz Şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. 

 

Ardınca şagirdlərin "Xüsusi təyinatlı İbad" adlı filmdən hazırladıqları səhnəcik, ədəbi-bədii kompozisiyalar, şeirlər, mahnılar, sərgilər nümayiş olundu.

 

Sonda Milli Qəhrəman İbad Hüseynov çıxış edərək öz xatirələrini şagirdlərlə bölüşdü və xatirə şəkli çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi