"Zəfər Günü" adlı sərgi keçirildi

Noyabrın 3-ü 2022-ci il tarixdə F-191 nömrəli əmrin VI bəndinə əsasən "Kiçik Akademiya"nın Mədəniyyət bölməsinin rəhbərliyi, texnologiya, təsviri incəsənət müəllimlərinin və şagirdlərin təşkilatçılığı ilə "Zəfər Günü" adlı sərgi təşkil olundu.

 

Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra şagirdlərin hazırladıqları bədii kompozisiya təqdim edildi.

 

Bədii hissə bitdikdən sonra şagirdlərin əl işlərinə məktəb rəhbərliyi, müəllimlər, valideynlər, şagirdlər tərəfindən baxış oldu.

 

Məktəbin direktoru Nizami Qasımzadə, Uşaq birliyi təşkilatının və "Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev çıxış edərək milli ideologiyanın inkişafı, vətənpərvərlik ruhunun aşılanması hisslərinin çox vacib olduğunu vurğuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi