"Zəfər Günü" adlı intellektual müsabiqə təşkil olundu

Noyabr 3-ü 2022-ci il tarixdə F-191 nömrəli əmrin VI bəndinə əsasən "Kiçik Akademiya"nın Humanitar bölməsinin rəhbəri Afət Məmmədova, üzvü Zümrüd Quliyevanın rəhbərliyi, 10 "A" sinif şagirdlərinin təşkilatçılığı ilə IX siniflər arasında "Zəfər Günü" adlı intellektual müsabiqə təşkil olundu.

 

Müsabiqədə məktəb rəhbərliyi, IX sinif şagirdləri iştirak etdilər.

 

Müsabiqə 4 seçim turu və 1 final turundan ibarət olmuşdur. Müsabiqədə şagirdlərə "Zəfər Tariximiz" ilə bağlı müxtəlif məzmunlu suallar verilmişdir. Sonda ən yüksək balla IX"Ç" sinfi qalib olmuşdur.

 

Qalib olan komanda məktəbin direktoru Nizami Qasımzadə, Uşaq birliyi təşkilatının və "Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev tərəfindən Diplom və kitabla mükafatlandırıldılar. 

Əziz şagirdlərimiz !

Hər birinizi səmimi qəlbdən təbrik edir, sizə bol-bol uğurlar və müvəffəqiyyətlər arzulayırıq!

IX siniflər arasında "Zəfər Günü" adlı intellektual müsabiqənin təşkilini həyata keçirən müəllim və şagird kollektivi məktəb rəhbərliyi tərəfindən Fəxri Fərman və kitabla təltif olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi