Pedaqoji şura iclası keçirildi

Oktyabrın 1-i 2022-ci ildə 2022/2023-cü tədris ilinin ilk Pedaqoji şura iclası təşkil olundu. 

İclası Pedaqoji şuranın sədri Nizami Qasımzadə açaraq gündəlik məsələlər haqqında danışdı. Ardınca 2021/2022-ci tədris ilinin yekunları, nəticələr, yeni tədris ilində görüləcək işlər haqqında danışmaq üçün söz Təlim-tərbiyə işləri üzrə direktor müavinləri Könül Həsənova, Aytəkin Əliyeva, Şeyda Abbasova verildi. Məktəbimizə BŞTİ tərəfindən yeni təyin olunmuş Uşaq birliyi təşkilatının rəhbəri Sərxan Şahverdiyev şuranın üzvlərinə təqdim olundu. S.Şahverdiyev görüləcək işlər, fəaliyyət planı, davamiyyət,uğurlu nəticələr əldə etmək və.s məsələlər haqqında danışdı. Gündəliyin ikinci hissəsində çalışmanın yaş həddinə çatmış Məryəm Gəncəliyeva, Təhminə Quliyeva məktəb həmkarlar ittifaqı təşkilatının sədri Fəxrəddin Məmmədov və məktəbin direktoru Nizami Qasımzadə tərəfindən "Təşəkkürnamə" ilə təltif olundular. 

Sonda gündəlikdə qeyd olunan cari məsələlər haqqında danışıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi