"Səkkiz Səkkizlik" adlı lahiyə

Bakı Şəhəri 307 nömrəli tam orta məktəbin direktoru Nizami Qasımzadə məktəbin səkkizinci sinif şagirdləri sırasından hər birindən səkkiz,cəmi 64 şagirddən ibarət komanda şəklində fəaliyyət göstərən "Səkkiz səkkizlik" komandasının üzvləri ilə görüş təşkil etdi."Səkkiz səkkizlik" komandası məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini Aytəkin Əliyevanın təşəbbüsü ilə yaradılmışdır.Əsasən zəif nəticə göstərən,lakin vətənpərvər,təşəbbüskar,məktəbin ictimai işlərində,eləcə də idman sahəsində xüsusi ilə fərqlənən,yüksək əxlaqı və davranışı ilə seçilən şagirdlərdən ibarət komandanın fəaliyyətinin arzuolunan səviyyəyə çatdırılması yolunda bütün üsul və vasitələrdən istifadə olunacağını,şagirdlərin təlim nəticələrində əsaslı dönüşə nail olmaqda birgə əməkdaşlığın vacibliyini vurğulayan direktor şagirdlərə bu məsuliyyətli işlərində uğurlar arzulayaraq,onlara inam və güvəninin sonsuz olduğunu bildirdi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi