Məktəbimizdə "Zəfər tarixi" adlı konfrans keçirildi

13.05.2022 tarixində "Zəfər tarixi"adlı konfrans keçirildi.Konfrans iki mərhələli şəkildə təşkil olunmuşdur.1-ci mərhələni Zümrüd Quliyeva 9"A" sinif şagirdləri ilə ,2-ci mərhələni isə Sadıqov Əli məktəbin tarix müəllimləri ilə təşkil etdi.İnteraktiv dərs dövlət himnimizin səslənməsi ilə başladı.Şəhidlər bir dəqiqəlik sükutla yad edildi.Müəllim işğaldan azad olunmuş torpaqlarımız haqqında məlumat verdi.Sonra şagirdlər Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış oğullarımız haqqında məlumat verdilər.Gəncədə baş vermiş terroru işıqlandıran videoçarx nümayiş etdirildi.Müəllim şagirdlərlə mövzu ətrafında müzakirələr apardı.Sonda şagirdlər "Millətəm"adlı mahnını xor ilə ifa etdilər.

2-ci hissədə tarix müəllimləri və məktəb rəhbərliyinin iştirakı ilə konfrans keçirildi.Konfransa Əli Sadıqov öz məruzəsi ilə başladı.Sonra müəllimlər öz fikirlərini bölüşdülər.Müzakirə nəticəsində müxtəlif təkliflər irəli sürüldü.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi