Riyaziyyat fənni üzrə yarışma

Bu gün fənn aylığı ilə əlaqədar olaraq məktəbimizin riyaziyyat müəllimi Ümmü Abdullayevanın təşkilatşılığı ilə 5-ci siniflər arasında riyaziyyat fənni üzrə yarışma keşirildi. Yarışmada  5A, 5B, 5D, 5E, 5H, 5İ sinif şagirdlərindən ibarət 6 komanda iştirak edirdi. Yarışmada komandalar nəzəri, riyazi və məntiqi tapşırıqları yerinə yetirərək münsiflər heyətinə təqdim etdilər. Münsiflər heyəti cavabları yoxlayaraq komandaları ballarla qiymətləndirdilər. Nəticədə 51 balla 5"H" sinif şagirdlərindən ibarət "Qaarabağ" komandası 1-ci yerin sahibi olmuşdur. 44 balla 2-ci yerə 5"A" sinif şagirdlərindən ibarət "Qumru" komandas, 3-cü yerə 31 balla 5"D" sinif şagirdlərindən ibarət "Uğur" komandası layiq görülmüşdür. Qalib komandalar məktəb rəhbərliyi tərəfindən medallarla təltif olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi