"ZƏFƏR GÜNÜ"

Zəfər Gününə həsr olunmuş silsilə tədbirlərimiz davam edir. 4"E" sinfinin Zəfər gününə həsr edilmiş tədbirindən görüntüləri təqdim edirik.Tədbirdə məktəbin direktoru Samirə Sadıqova, direktor müavinləri Könül Həsənova, Aytəkin Əliyeva məktəbin müəllimləri valideynləri iştirak etdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilərək açıq elan olundu.Məktəbimizin şəhid məzunları Elfaq Nağıyev və Veys İsmayılovun əziz xatirəsi yad edildi. Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. İşğaldan azad olunmuş torpaqlarımızın tarixi haqqında ətraflı məlumat şagirdlər tərəfindən izləyicilərə çatdırıldı. Şagirdlərin ifasında şeirlər, bir birindən gözəl, rəngarəng çıxışlar tədbirə gözəllik qatdı.Şagirdlər üç rəngli nazlı çiçəyimizin daim zirvələrdə dalğalanması diləyi ilə bayrağımıza, Vətənimizə Odlar Yurdu Azərbaycanımıza öz sevgilərini vətənpərvər ruhda çıxışları ilə göstərdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi