"Zəfər Yolu" Futbol Turniri

Bu gün Bakı Şəhəri 307 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri arasında "Zəfər Yolu" futbol turniri keçirildi.Turnirin təşkilatçısı məktəbin Fiziki tərbiyə müəllimi Hökümdar Qocayev tədbir iştirakçılarını salamlayaraq  bu yarışı Şəhidilərimizin ruhuna ithaf etdiyini bildirdi.Məktəbin tarixi müəllimi Əli Sadıqov 44 günlük Vətən müharibəsində, tarixə qızıl hərflərlə həkk olan qələbəmizdə Ali Baş Komandanımıza minnətdar olduğumuzu,  Şəhidlərimizin ruhu qarşısında bir ömür boyu borclu olduğumuzu  bildirdi.Məktəbin Tərbiyə işləri üzrə direktor müavini Aytəkin Əliyeva Müzəffər Ali Baş komandanımızın rəhbərliyi altında başlanan və qısa  müddət Zəfərə vəsilə bu hərb işinin dünyada anoloqu olmadığını bildirdi.Bütöv və bütövləşən dövlətin Zəfər ruhlu  şagirdlərini salamlayaraq oyunu açıq elan etdi  və komandalara uğurlar arzu etdi. Cahid İbadov və Soltan Məmmədli oyunun gedişini sona qədər diqqətdə saxlayaraq, komandalara dəstək oldular.Sonda qalib komandalar diploma təltif edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi