Zəfər günü

Bu gün Bakı Şəhəri 307 nömrəli tam orta məktəbin 1a, 1e, 1f siniflərində 8 noyabr "Zəfər Gününə"həsr olunmuş tədbir keçirilmişdir.Tədbirdə məktəbimizin direktoru  Sadıqova Samirə və Təlim Tərbiyə işləri üzrə direktor müavini Aytəkin Əliyeva iştirak etmişdir. Tədbirin giriş hissəsində Azərbaycan Respublikasının dövlət himni səsləndirilmiş, daha sonra şagirdlər öz çıxışları ilə tədbirə rəngarənglik qatmışlar.Qarabağın tarixinə və bu gününə həsr olunmuş slayt şagirdlərə təqdim olunmuşdur. Şagirdlərimizə tarixi qələbəmiz haqqında məlumat verilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi