Məktəbin əsaslı təmiri istifadəyə verildi

Bakı şəhəri 307 nömrəli tam orta məktəb əsaslı təmir edilib və yeni korpus tikilib. Hər bir dövlətin tərəqqisi və gələcəyi onun təhsil səviyyəsi ilə birbaşa bağlıdır. Bu sahəyə qoyulan investisiya  gələcəyə yatırılan sərmayədir. Azərbaycan dövləti bu baxımdan hazırda dünyada lider ölkələrdəndir. Heç bir ölkədə qısa müddət ərzində bu sayda məktəb tikilməyib  və yenidən qurulmayıb. Çox mühüm amillərdən biri də odur ki,yeni yaradılan və əsaslı təmir olunan təhsil müəssisələri ən müasir tədris avadanlığı ilə təchiz edilir. 2006- cı ildə inşa edilən1176 şagird yerlik 307 nömrəli tam orta məktəbin binası əsaslı təmir edilib, 15 sinif otağından ibarət əlavə korpus tikilib. Yeni korpus 432 şagird yerlikdir. Təhsil müəssisəsində kimya,fizika, biologiya laboratoriyaları, hərbi kabinet, kltabxana var. Şagirdlər laboratoriyalarda əyani təlimlər keçərək biliklərini artıra biləcəklər. Təhsil ocağında, eyni zamanda, hərbi hazırlıq qızlar və oğlanlar üçün əmək otaqları, akt və idman zalları da yaradılıb. Qeyd edək ki, 307 nömrəli tam orta məktəbdə aparılan əsaslı təmir və tikinti işləri dövlət başçısının "Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında " ötən il və bu il imzaladığı müvafiq sərəncamlara uyğun olaraq həyata keçirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi