Vətənin Qəhrəman oğulları

Azərbaycan Republikası Təhsil Nazirliyinin 16.11.2020 F-512 nömrəli əmrinə müvafiq olaraq Azərbaycan Xalqının tarixi qələbəsinin tədrisdə əks etdiirlməsi haqqında Fəaliyyət planının "Vətənin Qəhrəman oğulları" ,onların  həyat və mübarizə yolunu əks etdirən təqdimatların hazırlanması bəndini əsasn tutaraq Bakı şəhəri 307 nömrəli tam orta məktəb üzrə həyata keçirilən dəyərli işlər sırasına məktəbin 7"A" sinif rəhbəri Şölə Mirzəyevanın sinif şagirdləri ilə keçirilmiş olduğu Sinif təşkilat saatına məktəbin məzunu 2-ci Vətən Müharibəsi Qazisi İlkin Allahverdiyev qonaq edilmişdir. Çox hörmətli Qazimiz öz döyüş yolu, Vətən müharibəsində göstərmiş olduğu şücaətindən danışmış,tədbir iştirakçılarına təsirli anlar yaşatmışdır. Məktəbin direktoru Samirə Sadıqova və tərbiyə işləri üzrə direktor müavini Aytəkin Əliyeva şücaəti, qəhrəmanlığı, keçdiyi döyüş yolu ilə nəsillərə örnək olan Qazimizə Şəfalar diləmiş, minnətdarlıqlarını bildirmişlər. Məktəbin çox dəyərli kollektivinin yer aldığı çox dəyərli videotəqdimatı təqdim edirik. Sinif rəhbəri: Şölə Mirzəyeva

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi