31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü

Bu gün 6 "G" sinfində 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyevin Həmrəylik Günü haqqında tarixi çıxışı dinlənilmişdir. Daha sonra sinif rəhbəri Humay Pənahova şagirdlərə Həmrəylik Gününün tarixi haqqında məlumat vermişdir. Şagirdlər öz çıxışları və şeirləri ilə tədbirə gözəllik qatmışlar. Tədbirdə məktəbimizin müəllimləri Könül İbrahimova, Nigar Ömərova, Ülkər Mehralıyeva və Nuriyyə Süleymanova iştirak etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi