İnsanlığın Polad zirvəsi

02.01.2021 tarixində Azərbaycan Hərbi tarixinin unudulmaz Qəhrəman Generalı Polad Həşimovun xatirəsi Bakı şəhəri 307 nömrəli tam orta məktəbin kollektivi tərəfindən Generalın doğum günündə anılmış, Azərbaycan Hərb tariximizin unudulmaz , on milyonluq xalqın qəlbində özünə məskən salmış nur üzlü Generalımızın şərəfli həyat yolu məktəb şagirdləri tərəfindən hazırlanmış təqdimatlar vasitəsilə tədbir iştirakçılarına çatdırılmışdır. Məktəbin Tarix kafedrasının rəhbəri Afət Məmmədova tərəfindən təşkil olunan "İnsanlığın Polad zirvəsi" adlı tədbirə Bakı şəhəri Sabunçu rayonu 107 nömrəli tam orta məktəbin direktoru Jalə Məhərrəmova dəvət edilmiş, Jalə Məhərrəmova ölməz Generalımızın şərəfli həyat yolu haqqında öz sözlərini söyləmişdir.Məktəb direktoru Samirə Sadıqova, Tərbiyə işləri üzrə direktor müavini Aytəkin Əliyeva, Çiçək Şirinova, Zümrüd Quliyeva, Aynurə Abdullayeva əfsanəvi Polad Həşimovun həyat albomunu vərəqləmiş, şəxsiyyəti, səmimiyyəti, ən yüksək insani keyfiyyətləri ilə onu tanıyan hər kəsin qəlbində ölməzlik, yenilməzlik, şücaət taxtı qurduğunu qeyd etmişlər. Sonda bütün Şəhidlərimizə və yaşasaydı bu gün 46 yaşını Qələbə sevinci ilə qeyd edəcək əfsanəvi Generalımıza UCA ALLAHDAN RƏHMƏT DİLƏNMIŞDİR. VƏTƏN, BAŞIN SAĞ OLSUN.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi