Həmrəliyimizin qələbəsi

30 dekabr 2020-ci tarixdən 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəliyi gününə həsr olunmuş Bakı Şəhəri 157, 158, 267, 307 , 309 nömrəli məktəblərin birgə təşkilatçılığı ilə "Həmrəliyimizin Qələbəsi"  adlı videokonfrans keçirilmişdir. Tədbirdə məktəb direktorları, direktor müavinləri, müəllim və şagirdlər iştirak edirdi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra 158 nömrəli tam orta məktəbin Tərbiyə işləri üzrə Direktor müavini Nəzakət Cəfərtova konfransı açıq elan etdi .Konfrans iştirkaçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Konfransda çıxış edərək qeyd olundu ki, Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandanımız İlham Əliyev cənablarıının qətiyyətli və yenilməz siyasi iradəsi və müzəffər ordumuzun şücaəti sayəsində qəhrəmanlıq tariximizin yeni,ş şanlı səhifəsi yazıldı. Konfransda iştirak edən General Polad Həşimovun oğlu atasının  xatirələrindən danışdı. Daha sonra şagirdlər hazırladıqları şeir, musiqi nömrələrini təqdim  etdilər.Sonda müxtəlif xarici dillərdə bütün Dünya Azərbaycanlılarına təbriklər söylənildi. Vətən uğrunda canlarından keçmiş Şəhidlərimizə Allah rəhmət etsin, qazilərimizə və yaralı əsgərlərimizə ALLAHDAN ŞƏFA DİLƏYİRİK

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi