Erkən nigaha "yox" deyək

306 nömrəli məktəbdə  8-9-cu sinif şagirdləri  arasında  sağlam həyat tərzi  və reproduktiv  sağlamlıq , erkən  nigahların  qarşısının alınması məqsədilə  maarifləndirici  tədbirlər həyata  keçirilir. 

29.04.2024-cü il tarixində  məktəbin  biologiya  müəllimi  F.Mustafazadə  8-ci sinif  şagirdləri üçün "Erkən nigaha yox deyək"  mövzusunda  maarifləndirici  xüsusi  dərs  təşkil etdi.  Müəllim məktəblilərə  erkən nigah  əsasında  qurulan  ailələrdə  nigahın pozulması ,məişət zorakılığı , sağlam olmayan  uşaqların  dünyaya gəlməsi , fiziki  və psixoloji çətinliklər , təhsildən məhrumetmə  və şəxsi azadlıqların  itirlməsi kimi  mənfi nəticələrin  qaçılmaz olduğu  haqqında danışdı.  Mövzu ilə bağlı  slaydlar , videomateriallar nümayiş etdirildi.  Sonra erkən  nigahın  səbəbləri  və nəticələri  müəllim və  şagirdlərlə  müzakirə edildi.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi