Bayramların sultanı-Novruz

Bir sıra xalqlar yaz fəslinin gəlməsini, təbiətin canlanmasını, baharın -yeni ilin gəlişini şənliklərlə qarşılayırlar. 

Novruz bayramı Azərbaycanda geniş miqyasda qeyd olunur. Xalqımızın milli-mənəvi dəyərlərini, adət-ənənələrini gənc nəslə ötürmək hər birimizin borcudur. Bu məqsədlə 306 nömrəli məktəbdə " Bayramların sultanı - Novruz " mövzusunda ümumməktəb tədbiri keçirildi. Tədbirdə Novruzun atributları olan Bahar qızı, Kosa və Keçəl yer tutduğu kimi, şifahi xalq yaradıcılığına aid olan hakışta, meyxana da var idi. 

Rəqslər, mahnılar, Azərbaycan filmi - "arşın mal alan " filmindən olan səhnəcik xüsusilə maraqlı idi. Tədbirdə iştirak edən məktəbin direktoru G.Ədilova məktəb kollektivini bayram münasibətilə təbrik etdi, tədbir iştirakçıları olan məktəblilərə təşəkkürünü bildirdi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi