Layla demə , Xocalıya!

1992-ci il  fevralın 25-dən 26-na  keçən gecə  Xocalı şəhərini yerlə yeksan etmiş  erməni  silahlı  qüvvələri  və onların havadarları  dinc əhaliyə divan  tutaraq  bir daha  öz mundar  xislətlərini  dünyaya bəyan etdilər.  Türk qanına  susayan  erməni  vəhşilərinin  törətdiyi  o dəhşətli  gecədən  bizi 32 il ayırır. Amma  bir təsginliyimiz var , Xocalı  artıq azaddır və öz sakinlərinin  nəfəsini  duymaqdadır.  Faciənin 32-ci ili  Xocalı şəhidləri 306 nömrəli məktəbdə  də ehtiramla anıldı. 

 "Layla demə, Xocalıya!" adlı ədəbi-bədii musiqili  kompozisiyanın  iştirakçıları  olan məktəblilər Xocalı şəhidlərini ehtiramla andılar və Xocalını  düşmən əsarətindən  xilas edən  ordumuzla  fəxr etdiklərini  öz şeirləri ilə  ifadə etdilər.  Xocalı şəhidləri 1 dəqiqəlik sükutla yad edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi