Xocalıya aparan yol

Qədim memarlıq və ilk  mədəniyyət abidələri ilə zəngin olan  Xocalı şəhərini  32 il bundan  əvvəl  öz əhalisi ilə  birlikdə erməni  vəhşiləri və onların havadarları  yer üzündən silmək istədilər. Xocalı şəhərində "Əsrin faciəsi" yaşandı. 

32 il keçməsinə baxmayaraq  hər bir azərbaycanlının  qəlbindəki  o inilti heç vaxt unudulmur.  Xalqımızın qəlbinə vurulan  Xocalı yarası  indi artıq  qaysaqlamağa  başlayıb. Müzəffər  ordumuz  və Ali Baş Komandan İ.Əliyev , eləcə də,  xalqın birliyi  nəticəsində  zəfər qazanan  ordumuz  Xocalını da  düşmən tapdağından  xilas etdi. Nəhayət, gözü yolda qalan  Xocalı və o torpaqdakı  nigaran ruhlar azad oldu.

Bu mövzuda  keçirilən  "Dəyirmi masa"nı  məktəbin  tarix müəllimi  açıq elan etdi.  Xocalıda xalqın  başına gətirilən  vəhşiliklərdən ,Azərbaycanın  mərd oğullarının  düşmənə qarşı  vuruşmağından danışan  V.Məmmədov  artıq Xocalının  azadlığından , xocalıların doğma  torpaqlarına  qovuşmalarından  danışdı.  Xocalıda şəhid olanlar 1 dəqiqəlik sükutla yad edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi