Dil xalqın ruhunun təzahürüdür

Millətin simasını səciyələndirən mühüm amillərdən biri olan ana dilimizi məktəblilərə sevdirmək  , milli mənəvi dəyərlərimizi onlara aşılamaq məqsədilə  məktəbimizdə bir çox tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də R.Bayramovanın rəhbərlik etdiyi sinifdə təşkil etdiyi "Dil xalqın ruhunun təzahürüdür" mövzusundakı  sinif təşkilat saatı idi. Qonaq kimi dəvət edilən Azərbaycan dili və ədəbiyyatı müəllimi C.Ağayev  çıxış edərək  ana dilinin  hər bir millətin maddi, mənəvi irsini qoruyan ən mühüm vasitə oolmasından , hər bir insanın  öz ana dilini  yaxşı bilməli və qorumalı olduğundan , dilimizin tarixindən söz açdı. Sonra şagirdlər  ana dili mövzusunda  yazan şairlər haqqında danışdılar və həmin əsərlərdən parçalar söylədilər. Sonda xatirə şəkilləri çəkdirdilər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi