Ana dilimizi , sevək qoruyaq!

Fevralın 21-i  Respublikamızda Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur .  Məktəbimizdə də "Ana dilimizi sevək,  qoruyaq" mövzusunda  ədəbi-bədii- musiqili kompozisiya təşkil  edildi.  Dil hər bir xalqın  milli sərvətidir.  Məktəblilərə  dilimizi  sevdirmək , milli-mənəvi  dəyərlərimizə , ədəbiyyatımıza  sevgi, hörmət  aşılamaq  məqsədilə  keçirilən  bu tədbirdə 5-7-8-ci  sinif şagirdləri  çıxış etdilər.  Dilimizi sevmək hər birimizin ən müqəddəs  borcu olmalıdır- söyləyən şagirdlər  dilimizi  dünya  arenasında  tanıtdıran  Ulu Öndərimiz  H.Əliyevi də ehtiramla  yad etdilər. Tədbirdə tanınmış şairlərin  ana dilinə  həsr etdikləri  şeirlər , mahnılar səsləndirildi. Mövzu ilə bağlı videoçarx nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi