Pedoqoji Şura

03/10/2024 -cü il tarixində 306 nömrəli məktəbin  akt zalında Pedoqoji Şuranın növbəti iclasında 1-ci yarımilin hesabatı dinlənildi. 

Pedoqoji şurada valideyn məsuliyyətinin  artırılması , uşaqların təhlükəsizliyi   barədə söhbət aparıldı. Məktəb psixoloqu T.Süleymanova  risk qrupuna daxil olan şagirdlər barədə söhbət açdı. Sonra məktəbdənkənar işlər üzrə  təşkilatçı  məktəbdə şagirdlərin  təhlükəsizliyini təmin etmək  üçün  növbətçiliyin  gücləndirilməsinin vacibliyindən  danışdı. Sonra söz metodbirləşmə sədirlərinə verildi. Onlar öz hesabatlarını təqdim etdilər.  Sonda məktəbin direktoru G.Ədilova məktəb üzrə valideyn iclaslarından söz açdı,  məktəb-valideyn-müəllim üçbucağının məktəblilərin tərbiyəsinə yüksək təsirindən danışdı.   Məktəbdə şagirdlərin  təhlükəsizliyinin  təminatı  və sağlam  mənəvi-psixoloji mühitin  formalaşmasında müəllim  kollektivininin böyük rolu olduğunu  söylədi. Məktəbdə təhsilin  keyfiyyətinin  artırılması  yolları müzakirə edildi.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi