Hüseyn Cavidin ev muzeyində

"Görkəmli şəxsiyyətlər" mövzusunda  tədbirlərin davamı olaraq  məktəbliləri Azərbaycan tarixində dərin iz buraxmış şəxsiyyətlər  haqqında məlumatlandırmaq məqsədilə  29.12.2023-cü il tarixində məktəbin kitabxana müdiri K.İbrahimova və UBTR C.Hüseynova   məktəbin  7-ci sinif şagirdləri üçün Azərbaycan ədəbiyyatı tarixində  romantizm ədəbi cərəyanının  ən qüdrətli  sənətkarlarından  biri  filosof şair,  böyük dramaturq  Hüseyn Cavidin  ev muzeyinə  ekskursiya təşkil etdilər. 

Muzey  bələdcisi şagirdlərə  dahi ədibin  həyat və yaradıcılığından , sürgünlük həyatından  və 1959-cu ildə ona bəraət verilməsindən , Ulu Öndər H.Əliyevin  onun nəşinin  doğma Vətənə  gətirilməsindəki  böyük rolundan  söhbət açdı.H.Cavidin  böyük müvəffəqiyyətlə  tamaşaya qoyulan əsərlərinə  baxmağa  tövsiyyə etdi.  Ədibin müzeydə  sərgilənən  şəxsi əşyalarının  saxlandığı otaq şagirdlərdə böyük  maraq  yaratdı.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi