Mütaliə klubları

26.12.2023-cü il tarixində məktəb kitabxanaçıları , Azərbaycan dili  və ədəbiyyatı müəllimləri ilə birgə F.Köçərli adına Respublika Uşaq Kitabxanası ilə birgə əməkdaşlıq çərçivəsində  306 nömrəli məktəbdə  təhsil alan kitab sevərlər- mütaliə  həvəskarları  UBTR C.Hüseynova və kitabxana müdiri K.İbrahimovanın  təşkilatçılığı ilə F.Köçərli adına  Respublika Uşaq Kitabxanasında oldular . 

Məktəblilər kitabxanada D3 və səsli nağıl kitabları ilə tanış oldular , qiraətçilər arasında ifadəli hekayə oxusu keçirildi və məktəbin 6-cı sinif şagirdi Raya Pirməhəmmədovanın qiraəti kitabxana əməkdaşları tərəfindən çox bəyənildi. Şagirdlərə müasir yazıçılarla bağlı  suallar ünvanlayan kitabxana əməkdaşları onlara müasir ədəbiyyata müraciət etmələrini tövsiyə etdilər. 

Əməkdaşlıq çərçivəsində mütaliə klublarının təşkili üçün  306 nömrəli məktəbin və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının rəhbərli arasında müqavilə bağlandı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi