Fiqurların yarışı

25.12.2023-cü il tarixində  306 nömrəli məktəbin idman müəllimi K.Rəşidovun təşəbbüsü ilə  məktəb kitabxanasında Ümummilli Lider Heydər Əliyevin 100 iliyinə həsr olunmuş "Fiqurların yarışı" mövzusunda şahmat yarışı təşkil edildi. Dərəcə yarışlarında iştirak edərək  uğur qazanmış iti zəka sahibləri ilə yanaşı   bu idman növündə özünü sınamaq istəyən  şahmatçılar  bu yarışda həvəslə iştirak etdilər. Siniflər arasında idmanın bu növü üzrə keçirilən yarışmanın sonunda qaliblər təyin olundu.  Yarışamada iştirak edən məktəbin direktoru G.Ədilova qaliblərlə yanaşı bütün iştirakçıları da həvəsləndirici "Təşəkkürnamə"lərlə təltif etdi.  Yarışma Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb "Şahmatın tarixi" mövzusunda videoçarxla başa çatdı

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi