Reproduktiv sağlamlıq

306 nömrəli tam orta məktəbin  8-9-cu  siniflərində  reproduktiv  sağlamlıq mövzusunda  seminarlar, maarifləndirici  işlər davam etdirilir. Bu məqsədlə  06.12.2023-cü il tarixində  9-cu sinif qızları ilə məktəbin kitabxanasında seminar təşkil edildi.  Seminarda  psixoloqlar, UBTR, kitabxana müdiri və tibb bacısı  reproduktiv sağlamlıq , gigiyena qaydaları, yaş dövrü ilə  əlaqədar olaraq  orqanizmdə baş verən  dəyişikliklər , erkən nikah və onun  fəsadlarından danışdılar.  Seminar müdətində  mövzu ilə bağlı  video-çarxlar, prezentasiyalar  nümayiş etdirildi. Şagirdlərin sualları cavablandırıldı, reproduktiv sağlamlıq  və bununla  bağlı məsələlər tibbi və psixoloji cəhətdən şagirdlərə izah edildi.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi