Məktəbimizə ünvanlanmış" Təşəkkürnamə"

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov 306 nömrəli məktəbin direktoru Gültəkin Ədilovaya "Təşəkkürnamə" göndərmişdir. O, məktəbin məzunu 2022-2023-cü tədris ili üzrə qəbul imtahanından 583 bal toplayaraq Bakı Ali Neft Məktəbinin tələbəsi adını qazanmış Əhmədzadə Əhməd haqqında xoş sözlər söyləyərək , onun ölkəmizin gələcək inkişafına töhvələr verəcəyini vurğulamış , həmin məzunun belə uğurlu nəticə göstərməsində məktəbin direktoru ilə yanaşı müəllimlərin bilavasitə əməyi olduğunu qeyd edərək məktəbin fədakar müəllim kollektivinə də öz təşəkkürünü bildirmişdir. 

Məktəbin direktoru Gültəkin Ədilova tənəffüs zamanı bütün kollektivi müəllimlər otağına toplayaraq Elmar qasımovun təşəkkürlərini onlara çatdırdı və müəllimlərə bu şərəfli işlərində yeni-yeni uğurlar arzuladı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi