Zəfər sənə çox yaraşır ,Azərbaycan!

30 illik erməni işğalına  son qoyan tarixi qələbəmizdən  3 il ötür. Bu münasibətlə ölkəmizin  hər yerində  8 noyabr -Zəfər Günü  bayram kimi  qeyd edilir.  07.11.2023 -cü il  tarixində  məktəbimizin akt zalında  44 günlük  qəhramanlıq savaşımız, tarix boyu şanlı qürur mənbəyimiz olan  Zəfər münasibətilə  " Zəfər sənə çox yaraşır,Azərbaycan" mövzusunda  ümumməktəb tədbiri keçirildi. Ədəbi-bədii-musiqili kompazisiya formatında  olan bu tədbirdə müəllimlər, şagirdlər, ıı Qarabağ müharibəsi iştirakçıları olmuş qazilərimiz , şəhid ailələri iştirak etdilər. 

Tədbiri məktəbin direktoru G.Ədilova açıq elan etdi, qonaqları salamladı və tədbirdə etdikləri üçün  qazilərə , Şəhid ailələrinə öz təşəkkürünü bildirdi.  Dövlət himni səsləndikdən sonra məktəblilərin ifasında  vətənpərvərlik mövzusunda şeirlər, mahnılar səsləndirildi. 44 günlük müharibəni özündə əks etdirən  videoçarx nümayiş etdirildi. Sonda qazilər, şəhid anaları çıxış etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi