Heydər Əliyev Mərkəzinə ekskursiya

Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin uşaq və yeniyetmələr arasında  geniş təbliği məqsədilə, eləcə də Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə 306 nömrəli məktəbin şagirdləri üçün Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və dəstəyi ilə 20.10.2023-cü il tarixində Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edildi. Ekskursiyada 60 şagir və məktəbin 3 müəllimi iştirak etdi. Mərkəzin bələdçiləri Ulu Öndərin həyat və fəaliyyəti haqqında ümumi məlumat verdikdən sonra şagirdlər mərkəzi gəzməyə başladılar. Dünya şöhrətli siyasətçi və müasir Azərbaycan dövlətinin banisi H.Əliyevin şəxsi əşyaları, iş masası, geyimləri , medalları , istifadə etdiyi maşınları şagirdlərin daha çox marağına səbəb oldu. Bununla yanaşı şagirdlər digər eksponatlar- qədim silahlar , musiqi alətləri, qədim zinət əşyaları,  milli geyimlər,  qədim xalçalar ilə də tanış oldular. Şagirdləri maraqlandıran Ulu Öndərlə bağlı sualları bələdçilər tərəfindən cavablandırıldı. Şagirdlərimizin məntiqli sualları, eksponatlarla dərindən maraqlanmaları, mədəni davranışları mərkəzin əməkdaşları tərəfində müsbət qiymətləndirildi.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi