18 oktyabr Müstəqilliyin Bərpası Günü

Bu gün Respublikamızın  Müstəqilliyinin bərpasından 32 il keçir. Bu münasibətlə 306 nömrəli məktəbin kitabxanasında "dəyirmi masa" təşkil edildi. Dəyirmi masada 8-9-cu sinif şagirdləri və müəllimlər iştirak etdilər. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra tarix müəllimi Q. Fətullayev tədbiri açıq elan etdi. Azərbaycan xalqının 1991-ci il oktyabrın 18-də əldə etdiyi dövlət müstəqilliyinin məhz ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında möhkəmləndirilməsi barədə söhbət açdı. Ulu öndərimizin uğurlu fəaliyyəti sayəsində ölkəmizin inkişaf yolunu tutması barədə şagirdləri məlumatlandırdı. Sonra isə şagirdlər Ulu öndərin Azərbaycan dövlətçiliyi qarşısında ən böyük xidmətlərindən söz açdılar, "Azərbaycan" mövzusunda şeirlər söylədilər. Ulu öndərin "Azərbaycan" şeiri ilə başlayan videoçarxı nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi