10 Oktyabr Psixi Sağlamlıq Günü

1992-ci ildən etibarən hər il oktyabrın 10-u Psixi Sağlamlıq Günü kimi qeyd olunur. Fiziki sağlamlıq qədər psixi sağlamlıq da insan həyatında mühüm rol oynayır. Psixi sağlamlıq - insanın psixi durumu, öz davranışlarını tənzimləməsi, duyğularını idarə edə bilməsi, sağlam düşünə bilməsi ilə xarakterizə olunur. Psixi cəhətdən sağlam olmaq - insanın özü ilə razılaşması, ətrafı ilə daim harmoniya və tarazlıqda olması deməkdir. Bu gün münasibətilə məktəbimizin şagirdləri ilə maarifləndirici işlər aparıldı. Məktəb psixoloqu öncə şagirdlərə psixi sağlamlıq haqqında məlumat verdi, onlarla diskussiyalar təşkil etdi, diaqnostik işlər apardı. Eyni zamanda şagirdlərimiz rəsm, rəngləmə bacarıqlarını da nümayiş etdirdilər. 

Həyatın gözəlləşməsi sağlam ruh, sağlam düşüncə və duyğularla mümkün olur. Buna görə də ruhumuzdakı Günəşi qoruyaq ki, özümüzə və ətrafımıza işıq saçsın!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi