"İmtahan öncəsi psixoloji dəstək"

Məktəbin IX sinifləri ilə Məktəbdə Psixoloji xidmət işinin təşkili üzrə fəaliyyət planına əsasən buraxılış imtahanları ilə bağlı "İmtahan öncəsi psixoloji dəstək", "İmtahan stressi" kimi mövzularda məktəbin psixoloqu Teymurova Esmiranın təqdimatında psixoloji - maarifləndirici seminarlar keçirildi. Həmçinin seminarlardan öncə IX siniflərdə "İmtahan həyəcanının ölçülməsi" üzrə test aparılmış, testin nəticəsi sinif rəhbəri, məktəb rəhbərliyinə yazılı məlumat verilmiş və şagirdlərin nəzərinə çatdırılmışdır.