"Bilik günü" tədbiri

Məktəbimizdə 2024/2025-ci tədris ilinin başlanması ilə əlaqədar olaraq "Bilik günü" tədbiri təşkil edilib.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, vətən uğrunda canından keçən cəmi şəhidlərimizin əziz xatirəsi yad olunub.

Daha sonra məktəbimizin direktoru Günay xanım Rəhimova çıxış edərək şagirdləri ilk dərs günü münasibətilə təbrik edib, onlara yeni tədris ilində müvəffəqiyyətlər arzulayıb.

Tədbirdə qonaqlar çıxış edərək, məktəb kollektivini və birinciləri təbrik ediblər.

Tədbir bədii hissə ilə davam etdirilib. Məktəbin şagirdlərinin ifasında şeirlər, mahnılar səsləndirilib. Birincilərin çıxışları tədbiri rəngarəng və yaddaqalan edib. Sonra yeni dərs ilinin ilk zəngi çalınıb. Birincilər müəllimləri ilə birlikdə məktəbə daxil olaraq öz siniflərində yerlərini tutublar.

Yeni tədris ilin başlanması münasibəti kollektivimizə işlərində uğurlar, xoş əhval-ruhiyyə şagirdlərimizə isə dərslərində müvəffəqiyyətlər diləyirik.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi