"Son Zəng"

Məktəbimizdə "Son Zəng" tədbiri keçirilib

14 iyun 2024-cü il tarixində məktəbimizdə Son zəng tədbiri keçirildi. Tədbirdə Ələt qəsəbə nümayəndəsi Əliyev Altay müəllim, Ələt Bələdiyyə sədri Musayev Azad müəllim, məktəbimizin məzunu olmuş şəhid Elnur İbrahimovun anası Ruhəngiz xanım, 204 saylı Körpələr evi uşaq bağçasının müdiri Nərimanova Məlahət xanım, məktəbimizin təqaüddə olan Azərbaycan dili və ədəbiyyat müəllimi Zülfüqarova Cəmilə müəllim qonaq qismində iştirak etdilər.

Tədbir Azərbaycan Dövlət Himninin səslənməsi ilə başladı. Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra məktəbimizin direktoru Rəhimova Günay xanım çıxış edərək məzunlarımızın nailiyyətləri haqqında məlumat verdi və onlara ən xoş arzularını çatdırdı. Tədbirimizin qonaqları da öz növbəsində çıxış edərək məzunları təbrik etdilər.

Qonaqlar arasında 50 il əvvəl 1974-cü ildə məktəbimizi bitirmiş məzunlar da tədbirdə iştirak etdilər. Məktəb illərinin xatirələrini tədbir iştirakçıları ilə bölüşərək, təbriklərə qoşuldular.

2023-2024-cü tədris ilində yüksək nailiyyətlər qazanmış, eyni zamanda məktəbin ictimai işlərində fəal iştirak etmiş şagirdləri "Təşəkkürnamə" ilə təltif olundu.

Tədbir son zəngin çalınması ilə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi