Xocalı faciəsinin 27-ci ildönümü

Azərbaycan Respublikası Təhsil Nazirinin 12.02.2019-cu il tarixli, F-78 nömrəli və Bakı Şəhəri üzrə Təhsil idarəsinin 15.02.2019-cu il tarixli, F-98 nömrəli əmrlərinin əsasında tədbirlər planı təsdiq olunmuşdur. Tədbirlər planında qeyd olunan məsələlərin həyata keçirilməsi ölkəmizin müstəqilliyi uğrunda mübarəzidə canlarını qurban vermiş vətən övladlarını yad etmək, böyüməkdə olan nəslə doğma vətənə sevgi, məhəbbət hisslərini aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaq məqsədi daşıyır. Bu məqsədlə 6b sinfinin şagirdləri Hüseynova Xəyalə müəllimənin təşkilatçılığı ilə Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim etdilər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi