“Region məktəblərində istedadlı şagirdlərin seçilməsi” layihəsi

31.01.2019-cu il tarixdə “Təhsildə inkişaf və innovasiyalar üzrə II Qrant müsabiqəsi” çərçivəsində qalib olmuş “Region məktəblərində istedadlı şagirdlərin seçilməsi” lahiyəsinin təntənəli bağlanış mərasimi keçirilmişdir. Layihə çərçivəsində Qaradağ rayonunda yerləşən 25 məktəbin V və VI sinfində təhsil alan istedadlı şagirdlər 4 ay müddətində təlimə cəlb olunmuşlar. Sonda layihə iştirakçılarının hər birinə sertifikatlar, qaliblərə isə diplom və hədiyyələr təqdim olunmuşdur. Qeyd edək ki, qaliblər sırasında bizim məktəbin VI sinif şagirdi Cəbizadə Amin Tapdıq oğlu III yerə layiq görülərək fəxri diplomla mükafatlandırılmışdır. Şagirdlərimizi təbrik edir,gələcəkdə uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi