İnsan alveri bəşəriyyətin faciəsidir

21.11.2023-cü il tarixdə  məktəbin psixoloqu Məhərrəmova Təranə və UBTR-i Ağayeva Fəridə VIII sinif şagirdlərinin iştirakı ilə maarifləndirici söhbət apardılar. Məktəbin psixoloqu çıxış edərək şagirdlərə insan alveri və uşaq əməyinin istismarı ilə bağlı təhlükələrdən müdafiə istiqamətində ətraflı məlumat verdi. Şagirdlərə respublikamızda insan alveri qurbanları üçün sığınacaqların, reabilitasiya mərkəzlərinin fəaliyyət göstərdiyini və onların cəmiyyətə inteqrasiyasının təmin olunmaları üçün əlverişli şərait yaradıldığını nəzərə çatdırdı.Sonda şagirdlərin mövzu ilə bağlı sualları cavablandırıldı, videoçarx izlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi